cümə axşamı 23 iyul 2026 - 01:37
Ayətullah üzma Məkarim Şirazidən builki Həcc ziyarətinin təşkilatçılarına təşəkkür

Ayətullah Məkarim Şirazi iranlı hacılara göstərilən xidmətlər və Həcc proqramlarının uğurlu idarə olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Məkarim Şirazi vəliyyi-fəqihin Həcc və ziyarət İşləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Əbdülfəttah Nəvvabla görüşündə iranlı zəvvarlara göstərilən xidmətlərə və Həcc proqramlarının uğurla idarə olunması istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib.

Ayətullah Məkarim Şirazi builki Həcc mərasimlərinin uğurla keçirilməsinə toxunaraq deyib: Əlhəmdülillah, Həcc proqramları yaxşı şəkildə irəliləyib. Bu da həmin sahədə çalışan məsul şəxslərin səylərinin və düzgün idarəçiliyinin nəticəsidir.

O, Həcc proqramlarının bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirərək əlavə edib: Ümid edirəm ki, proqramlar tam koordinasiya şəraitində davam edəcək və mövcud şəraiti yaxşı tanımağınız, eləcə də qazandığınız təcrübə sayəsində, inşallah, Həcc və Ümrə mərasimlərini layiqincə planlaşdırıb həyata keçirəcəksiniz.

Ayətullah Məkarim Şirazi həmçinin sakitliyin qorunmasının və qarşı tərəfə bəhanə verə biləcək hər hansı addımdan çəkinməyin vacibliyini vurğulayaraq bildirib ki, bu məsələ yüksək diqqət və düzgün idarəçiliklə davam etdirilməlidir.

Görüşün əvvəlində Höccətül-İslam vəl-müslimin Seyid Əbdülfəttah Nəvvab Ayətullah Məkarim Şiraziyə 2026-cı il Həcc mövsümünün gedişi barədə hesabat təqdim edib.

Xəbərin sonu 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha